Gürcüstan millisinin hücumçusu “Neftçi”yə qarşı oynamayacaq
30.01.2012 - 16:04
Çeçenistanın ilk prezidenti Əjməd Kadirovun xatirəsinə həsr olunan turnirin II turunda “Neftçi” ilə qarşılaşcaq Polşa “Poloniya”sı meydana itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Gürcüstan milli komandasının hücumçusu Vladimir Dvalişvili bu matçda oynamayacaq. Buna 26 yaşlı forvardın zədələnməsi səbəb olub. Əvəzində neçə vaxtdır zədəli olan Lyuk Teodorçuk məhz “Neftçi” ilə qarşılaşmada yenidən “Poloniya” formasını geyəcək.
0
0