Berti Foqtsun Rəşad Abdullayevi yığmadan uzaqlaşdırmağının səbəbi bəlli oldu
30.01.2012 - 16:12
Berti Foqtsun Rəşad Abdullayevi yığmadan uzaqlaşdırmağının səbəbi bəlli oldu
“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin millidə oynaya bilməməyinin səbəbi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Berti Foqts futbolçunu ötən il yığmanın düşərgəsinə cəlb etsə də, az sonra Abdullayevdən imtina edib.

Buna da səbəb Rəşadın almaniyalı mütəxəssisin qarşısına şərt qoymasıdır. Bildirildiyinə görə, Abdullayev Foqtsdan daim əsas heyət üzvü olmasını tələb edib. Bununla razılaşmayan baş məşqçi futbolçuya düşərgəni tərk etməyi tapşırıb.