“Çalışacağıq ki, növbəti oyunda da qələbə qazanıb finala vəsiqə qazanaq”
31.01.2012 - 10:08
“Metallist” klubu ilə oyunda məğlub olduğumuza görə bu matçda mütləq qələbə qazanmalı idik. Futbolçuları “Poloniya” ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlamışdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Polşanın “Poloniya” klubuna 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb: “Gördünüz ki, bu matçda da gənclərə şans verdik. Qarşıdakı oyunlarda da onların xidmətindən yararlanacağıq. Hal-hazırda qrupumuzda bütün komandaların 3 xalı var. Şanslar bərabərdir. Çalışacağıq ki, növbəti oyunda da qələbə qazanıb finala vəsiqə qazanaq”.

0
0