“Turan” özünə rəqib tapdı
31.01.2012 - 10:13
Yanvarın 28-dən hazırlıqlara başlayan “Turan” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, komandada hazırda 28-30 futbolçu var. Asəf Qədiri, Xəyal Qarayev, Natiq Kərimi, Cavad Mirzəyev “Turan”ın heyətinə cəlb etdiyi yeni futbolçulardır. Gürcü legionerlər də komandanın düşərgəsindədir. Yanvarın 30-da “Şəmkir”lə, fevralın 1-də isə “Tərəqqi” ilə yoxlama oyunu keçirməyi və bir neçə yeni futbolçunu heyətə cəlb etməyi planlaşdırırıq.
0
0