Braziliyalı menecer: Azərbaycan klubları ilə çox işlər görmüşəm
31.01.2012 - 10:30
“Futbolçu transferləri ilə bağlı demək olar ki, hər şey etmişəm. Xüsusilə də oyunçu alqı-satqısında”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gilyerme Franka Reis deyib.
1980-ci ildə mühəndis təhsili almaq üçün Braziliyadan Moskvaya gələn 50 yaşlı Reis artıq neçə illərdir ki, vətənindən Rusiyaya futbolçu gətirir. Müştəriləri arasında tanınan futbolçular da az olmayan futbol agenti Azərbaycan transfer bazarına da daxil olub: “Həmişə Rusiya bazarı ilə işləmişəm. Başqa bazarlara marağım yox dərəcəsindədir. Lakin futbol sahəsində Azərbaycan və Ukrayna kimi ölkələrlə də çox işlər görmüşəm”.

0
0