Yatsek Zelinski: “Neftçi”dən belə oyun gözləmirdim
31.01.2012 - 10:15
Yatsek Zelinski: “Neftçi”dən belə oyun gözləmirdim
“Neftçi”dən belə güclü oyun gözləmirdim. Rəqibin “Metallist”lə oyununu izləmişdim. Bilirdik ki çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Polşanın “Poloniya” klubunun baş məşqçisi Yatsek Zelinskiyə məxsusdur.

Təcrübəli mütəxəssis Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə “Neftçi” ilə oyun barədə fikirlərini açıqlayıb. Zelinskinin sözlərinə görə, Bakı təmsilçisinin əks hücumları super alınıb: “Rəqib bu gün bizdən daha güclü oynadı. Azərbaycan komandalarından MKT Araz və “İnter”ə qarşı oynamışam, təkcə onu deyə bilərəm ki, futbolunuz getdikcə inkişaf edir. Biz Azərbaycanın ən güclü klubuna uduzduq. “Neftçi”nin heyətində oynayan perspektivli gənclər gələcək vəd edir. Hər bir məşqçi komandanızdakı 25, 19, 14 və 28 nömrəli futbolçuları (Bahodir Nasimov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov və Emin Mehdiyev nəzərdə tutulur.) sərəncamında görmək istəyər”.