“İnter” Avstriya çempionunu məğlub etdi
31.01.2012 - 10:16
Təlim-məşq toplanışını Türkiyədə davam etdirən Bakının “İnter” komandası növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar bu dəfə meydanda Avstriyanın son ölkə çempionu "Şturm" (Qraz) klubuyla qarşılaşıb. Təmsilçimiz 2:1 hesabı ilə rəqibə qalib gəlib. Bakılıların qollarını Asif Məmmədov və Baçana Sxadadze vurublar.
0
0