“Hesab daha böyük ola bilərdi”
31.01.2012 - 10:19
“Hesab daha böyük ola bilərdi”
"Rəqibimiz kifayət qədər güclü komanda idi və mübarizə, eyni zamanda atletik futbol sərgiləməsilə fərqlənir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakınıən “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Türkiyənin Antalya şəhərində Avstriya “Şturm”u ilə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Buna baxmayaraq bu gün "İnter" daha yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Oyunda yaratdığımız qol vəziyyətlərindən yararlansaydıq, o zaman hesab daha böyük ola bilərdi".

Qeyd edək ki, bakılılar bu oyunda 2:1 hesabı ilə qalib gəlib.