Bahodir Nasimov: Əks hücumlarımız istədiyimiz kimi alındı
31.01.2012 - 10:22
Bahodir Nasimov: Əks hücumlarımız istədiyimiz kimi alındı
“İlk dəqiqələrdən oyuna biz diqtə etdik. Əks hücumlarımız da istədiyimiz kimi alındı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Bahodir Nasimov deyib.

“Ağ-qaralar” Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə “Poloniya” (Polşa) klubuna 3:1 hesabı ilə qalib gəlib. Bu matçda dubl edən Nasimov görüşdən sonra klubun rəsmi saytına danışıb: “Qələbə qazanmaqla finala çıxmaq şansımızı da saxladıq. Üstəlik qrupumuzun digər matçında “Paxtakor” klubu, “Metallist”ə qalib gəlib. Deməli bütün klubların şansları bərabərdir. Çalışacağıq ki, “Paxtakor”la qarşılaşmada da 3 xal əldə edək”.