Millimizə qiymət verəcək “aslanlar” və “Pələng kuboku”nun qalibi
31.01.2012 - 10:41
Azərbaycan milli komandası bu il ilk oyununu keçirəcəyi Sinqapur yığması ilə 20 illik tarixində görüşməyib. Apasport.az saytının məlumatına görə, rəqibimiz də bizim kimi dünya çempionatının final mərhələsinin iştirakçısı olmayıb. Ancaq Sinqapur öz qitəsində fərqlənə bilib. Belə ki, o, 1984-cü ildə 8-ci Asiya çempionatına ev sahiblik edərək, qrup mərhələsində iştirak edib, 2 dəfə isə 2004 və 2007-ci illərdə “Pələng kuboku”nun qalibi olub.
Sinqapur millisi tarixində ilk oyunu 1953-cü ilin aprelin 11-də evdə Cənubi Koreya yığması ilə keçirib və 2:3 hesabı ilə uduzub. Komanda ən böyük hesablı məğlubiyyətini 1969-cu ilin noyabrın 9-da səfərdə Birma yığmasından alıb – 0:9. Ən böyük hesablı qələbəsi isə 2007-ci ilin yanvarın 15-də evdə Laos yığmasını 11:0 hesabı ilə yenməklə, olub.
Rəqibin baş məşqçisi xorvat Radoyko Avravomiçdir. Onun heyətində ən çox oyun keçirən Malik Abva, bombardiri 27 qolla İndra Şaxdandır. Ləqəbi “aslanlar” olan Sinqapur yığması FİFA-nın reytinqində 142-ci, millimiz 111-dir.
Qeyd edək ki, millimiz bu rəqiblə fevralın 24-də Dubaydakı təlim-məşq toplanışında oynayacaq.

0
0