“Bunun davamını gətirmək istəyirik”
31.01.2012 - 10:26
“Bunun davamını gətirmək istəyirik”
“Qol vurub komandamızın qələbəsində pay sahibi olduğuma görə sevinirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev deyib.

Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə “ağ-qaralar”ın “Poloniya”ya (Polşa) 3:1 hesabı ilə qalib gəldikləri matçda sonuncu qola imza atan yarımmüdafiəçi klubun rəsmi saytına bildirib ki, inamlı qələbə qazanıblar: “Hamımız qələbəyə köklənmişdik. Güclü rəqibə qarşı layiqli oyun göstərib, uğur qazandıq. Bunun davamını “Paxtakor”la oyunda da gətirmək istəyirik”.