Katalin Doman üçün tort - FOTO
31.01.2012 - 10:48
Katalin Doman üçün tort - FOTO
Antalya toplanışını davam etdirən “Xəzər Lənkəran” səhər məşqini məskunlaşdığı otelin fitnes salonunda kecirib. Apasport.az saytının məlumatına görə, axşam isə yaşıl meydanda taktiki hazırlıq üzrə çalışmalar davam edib. Axşam yeməyində “Gloria” otelinin restoranında “Xəzər Lənkəran”lı futbolçular komanda yoldaşları Katalin Domanın doğum gününü qeyd etdilər. Adəti üzrə şam yeməyindən sonra Domanın şərəfinə hazırlanan tort komanda yoldaşlarının alqışları altında futbolçumuz tərəfindən kəsilərək toplanış iştirakçılarına paylanıb. Komandanın rəisi Səməd Mustafayev və icraçı direktor Hoccət Hacıyev futbolçunu təbrik edərək ona uğurlar arzulayıblar.