Qibraltarda ilk heç-heçə
31.01.2012 - 10:55
Qibraltarda ilk heç-heçə
Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) yeddinci görüşündə ilk dəfə lövhədən 0,5 xalla ayrılıb.

Qrossmeysterimiz ağ fiqurlarla Neci Parimaryanla (Hindistan, 2641) “sülh” bağlayıb.

Məmmədyarov VIII turda turnirin vahid lideri Maykl Adamsla (İngiltərə, 2724) qarşılaşacaq.

Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar 7 turdan sonra 256 şahmatçı arasında 5,5 xalla 5-ci pillədə qərarlaşıb.