Mükafata 6 iddiaçı
31.01.2012 - 11:03
Mükafata 6 iddiaçı
Çeçenistanın ilk prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki yarışın son turu ərəfəsində 2 komanda mükafat qazanmaq şanslarını itirib. Finalçılar arasında bölünəcək pul mükafatına iddia edənlər sırasında Azərbaycan çempionu “Neftçi”nin də adı var. Belə ki, təmsilçimizin yer aldığı qrupdakı komandaların hamısı 1-ci yerin sahibi kimi həlledici görüşə vəsiqə qazana bilər.

A qrupu
“Ordabası” (Qazaxıstan) – “Rapid” (Rumıniya) – 0:0, pen 2:4
“Dauqava” (Latviya) – “Terek” (Rusiya) – 0:3
Turnir cədvəli: “Terek”, “Rapid” – 6, “Ordabası”, “Dauqava” - 0

B qrupu
“Neftçi” (Azərbaycan) – “Poloniya” (Polşa) – 3:1
“Paxtakor” (Özbəkistan) – “Metallist” (Ukrayna) – 1:1. pen.4:3
Turnir cədvəli: “Metallist”, “Neftçi”, “Poloniya”, “Paxtakor” - 3