Milli komandamız üçün “The Sevens”
31.01.2012 - 11:05
Azərbaycan milli komandasının fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Aapsport.az saytının məlumatına görə, hər 2 qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda keçiriləcək. Qarşılaşmalar saat 17:30-da başlayacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0