Polşalı futbolçu: “Neftçi” topla daha yaxşı rəftar edir
31.01.2012 - 12:07
Polşalı futbolçu: “Neftçi” topla daha yaxşı rəftar edir
“Təlim-məşq toplanışının yalnız ilk 1/3-ni arxada qoymuşuq. Bu üzdən “Neftçi”ilə oyuna görə komandaya qiymət vermək düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Poloniya” klubunun futbolçusu Pavel Vsolek deyib.

20 yaşlı yarımmüdafiəçi Çeçenistan prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin “Neftçi” ilə oyunu (1:3) haqda fikirlərini açıqlayıb: “Neftçi” ilə oyunun asan olmayacağını bilirdik. Çünki rəqib yaxşı komandadır. Onlar bunu bizimlə qarşılaşmada da göstərdilər. “Neftçi” futbolçuları hər top uğrunda mübarizə aparırdılar. Hiss olunurdu ki. yaxşı hazırlıq keçmiş texnikalı komandadır. Düşünürəm ki, “Neftçi” “Paxtakor”dan daha güclüdür. Çünki bu komanda topla daha yaxşı rəftar edir”.

Qeyd edək ki, Pavel Polşanın gənclərdən ibarət yığmasının üzvüdür.