“Qarabağ”ın Antalyada ilk qələbəsi - YENİLƏNİB
31.01.2012 - 18:36
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin bu dəfəki rəqibi Rumıniya Superliqa təmsilçisi “Petrolul Ploeşti” klubu olub.
Bakı vaxtı ilə saat 16:45-də başlayan qarşılaşmada Qurban Qurbanovun yetirmələri 2:0 hesabı ilə qalib gəliblər. Bu, “Qarabağ”ın Antalyada keçirdiyi 5-ci matçda ilk qələbəsi olub.
“Qarabağ” - “Petrolul Ploeşti” - 2:0
Admir Teli, 30; Rauf Əliyev, 56
Qeyd edək ki, Premyer Liqa təmsilçisi “Petrolul Ploeşti”dən öncə “Taraz”a (Qazaxıatan) 0:1, “Rid”ə (Avstriya) 1:3, “Obolon”a (Ukrayna) 0:3 hesabı ilə uduzub, “Vasluy”la (Rumıniya) isə 1:1 hesablı heç-heçə edib.

0
0