Litva yığmasının futbolçusu “Qarabağ”da - FOTO
31.01.2012 - 13:49
“Qarabağ” komandası daha bir legioneri baxışdan keçirir. Apasport.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisinin düşərgəsinə Litva millisinin yarımmüdafiəçisi Kalonas Mindauqas qoşulub. 1984-cü il təvəllüdlü futbolçu oyun qurucusu mövqeyində çıxış edir. Sonuncu klubu Ukraynada “Metallurq” (Zaparojye) olan futbolçu yığmasında 30-dan çox oyun keçirib. Kalonas gələcəyi haqqında komandanın çalışdırıcısı Qurban Qurbanov bu gün keçiriləcək yoxlama oyunundan sonra qərar verəcək.
0
0