“Kəpəz”lə oyunda aşkar üstünlük bizim tərəfdə idi”
31.01.2012 - 17:13
“Kəpəz”lə oyunda aşkar üstünlük bizim tərəfdə idi”
Gəncənin “Kəpəz” klubu ilə Moskva “Spartak”ının əvəzedici heyəti arasında yoxlama oyunu Rusiya təmsilçisinin rəsmi saytının diqqətindən kənar qalmayıb. Apasport.az-ın məlumatına görə, moskvalılar üstünlüyün öz komandalarının tərəfində olduğunu iddia edir.

Onların fikrincə, matçın qolsuz heç-heçə ilə başa çatması qüvvələr nisbətini tam əks etdirmir: Birinci hissə təxminən bərabər səviyyədə oyun keçdi. Buna baxmayaq “Spartak”ın daha çox qol imkanları oldu. Fasilədən sonra aşkar üstünlük komandamızın tərəfinə keçdi. Təəssüf ki, “spartak”çılar əlverişli imkanları boşa verirdilər.