“Arsenal”dan Burak Yılmaz üçün rekord təklif
31.01.2012 - 14:57
Türkiyə milli komandasının və “Trabzonspor” klubunun futbolçusu Burak Yılmaz İngiltərə “Arsenal”ının maraq dairəsinə düşüb. Lent.az-ın “Fox Sports”a istinadən verdiyi məlumata görə, “topçular” Burak üçün “bordo-mavililər”ə 12 milyon funt sterlinq (təqribən 14,4 milyon avro) məbləğində təkliflə müraciət etməyə hazırlaşırlar.
Bu transfer reallaşsa, 27 yaşlı hücumçu xarici klublara keçən ən bahalı türk oyunçu sayılacaq. Hazırkı rekord “Qalatasaray”dan 12 milyon avro qarşılığında İspaniya “Atletiko”suna yollanmış Arda Turana məxsusdur.
Qeyd edək ki, Burak Yılmazla Rusiyanın “Rubin” və MOİK, eləcə də Hollandiyanın “Ayaks” klubları da maraqlanır.

0
0