Tarazlığı pozmaq üçün
31.01.2012 - 16:39
Azərbaycan milli komandası bu gün start götürən futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, Portuqaliya ilə qarşılaşma yığmamızın qitə çempionatlarında 31-ci qarşılaşması olacaq. Belə ki, bütün Avropa çempionatlarında – 8 dəfə seçmə mərhələdə iştirak edib, yalnız 2-ci dəfə final mərhələsinə yüksələn milimiz bu müddətdə 30 oyun keçirib.
Arxada qalan oyunlarda 11 qələbə və 11 məğlubiyyəti olan yığmamız bu tarazlığı Xorvatiyadakı turnirdə öz xeyrinə dəyişə bilər. Hesabında 8 heç-heçə olan yığmamız top fərqindəki geriliyi də aradan qaldıra bilər. Hər halda bunun üçün cəmi 1 qol kifayətdir.
Qitə birinciliklərində sayca 10-cu – yubiley turnirinə qatılacaq Azərbaycan futzalçıları 4-cü dəfə Joze Alesio da Silva ilə yarışa başlayacaq. Əvvəlki 3 turnirin hər birində istisnasız 2 qələbə qazanan braziliyalının yetirmələri bu ənənəni davam etdirmək üçünb ən azı qrupdan çıxmalıdır.
Millimiz daha 1 uğurlu seriyanı davam etdirməyə çalışacaq. Belə ki, yığmamız ardıcıl 15 oyundur ki, 3-dən az qol vurmur. 2005-ci il yanvarın 28-də Serbiya ilə seçmə oyununda 1:2 hesabı ilə uduzan komandamız sonrakı bütün Avropa çempionatı matçlarında minimum 3 qol vurur.
Milli komandamız AÇ-lərdə

| N | il | bizimkilər | Baş məşqçi | KOMANDA | YER | O | Q | H | M | TOP | X |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | 1996 | seçmə mərhələ (Hollandiya), 1-ci qrup | Əbdülqəni Nurməmmədov | 6 | VI | 5 | 1 | 0 | 4 | 12-25 | 3 |
| 2 | 1999 | seçmə mərhələ (Belçika), 2-ci qrup | Hacibala Abdullayev | 3 | II | 2 | 0 | 2 | 0 | 4-4 | 2 |
| 3 | 2001 | seçmə mərhələ (Macarıstan), C qrupu | Hacibala Abdullayev | 4 | III | 3 | 1 | 1 | 1 | 12-8 | 4 |
| 4 | 2003 | seçmə mərhələ (Portuqaliya), 5-ci qrup | Elman Abdullayev | 4 | III | 3 | 1 | 0 | 2 | 5-9 | 3 |
| 5 | 2005 | seçmə mərhələ (Serbiya), 5-ci qrup | Fazil Qarayev | 4 | III | 3 | 1 | 0 | 2 | 8-10 | 3 |
| 6 | 2007 | seçmə mərhələ (Hollandiya). D qrupu | Baba Əsgərov | 4 | II | 3 | 1 | 2 | 0 | 17-12 | 5 |
| 7 | 2010 | seçmə mərhələ (Portuqaliya), 6-cı qrup | Joze Alesio da Silva | 4 | II | 3 | 2 | 1 | 0 | 12-7 | 7 |
| final mərhələsi (Macarıstan), A qrupu | Joze Alesio da Silva | 12 | IV | 5 | 2 | 2 | 1 | 17-13 | 8 | ||
| 8 | 2012 | seçmə mərhələ (Azərbaycan), 1-ci qrup | Joze Alesio da Silva | 4 | II | 3 | 2 | 0 | 1 | 13-13 | 6 |
| final mərhələsi (Xorvatiya), D qrupu | Joze Alesio da Silva | ||||||||||
| Cəmi | 30 | 11 | 8 | 11 | 100-101 | 41 |
0
0