“Turan” yoxlama matçında sevindi
31.01.2012 - 17:02
“Turan” yoxlama matçında sevindi
Qış təlim-məşq toplanışını Tovuzda keçirən “Turan” yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçilərindən “Şəmkir”lə qarşılaşan tovuzlu futbolçular rəqibini 3:1 hesabı ilə məğlub ediblər. “Turan”ın heyətində Asəf Qədiri, Xəyal Qurbanov və Natiq Kərimi fərqləniblər.

Qeyd edək ki, “Turan” sabah daha bir yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisinin bu dəfəki rəqibi Gəncənin “Tərəqqi” klubu olacaq.