“Neftçi” – “Paxtakor” matçının vaxtı dəyişdirildi
31.01.2012 - 18:42
“Neftçi”nin Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü oyununun vaxtı dəyişdirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah baş tutacaq Özbəkistanın “Paxtakor” klubu ilə matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 13:00-da deyil, 17:00-da start götürəcək.
Təşkilatçıların oyun saatını dəyişməsinə səbəb komandaların hamısının eyni xal toplamasıdır. Bununla da son turun görüşləri eyni vaxtda başlanacaq.
Qeyd edək ki, turnirdəki ilk qarşılaşmasında Ukraynanın “Metallist” klubuna 1:3 hesabı ilə uduzan “Neftçi” daha sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib.

0
0