TFF prezidenti istefa verdi
31.01.2012 - 21:27
TFF prezidenti istefa verdi
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar vəzifəsindən istefa verib. Apasport.az saytının xəbərinə görə, M. Ə. Aydınlarla birlikdə iki vitse-prezident – Göksəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gediblər. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultay keçiriləcək.

Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda “Fənərbağça” başda olmaqla 8 klubun adı keçir. TFF UEFA-nın israrlarına baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib. Son olaraq UEFA TFF-dən cəzaları tezləşdirməyi tələb etmişdi.

Onu da qeyd edək ki, M. Ə. Aydınlar “Fənərbağça” klubunun üzvüdür. Onun “”Fənərbağça”ya cəza verən prezident olaraq tarixə keçmək istəmirəm” dediyi bildirilir.