Joze Alesio Da Silva: Mənə qrupdakı 2 oyundan birini mütləq udmağım lazımdır
01.02.2012 - 09:30
“Əlbəttə, bizi ilk turda Portuqaliya yığması ilə çətin oyun gözləyir. Hamımız bunu yaxşı anlayırıq və final mərhələsində nəticənin vacib olduğunu başa düşürük”. Bu fikirləri apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib. Naxçıvan “Araz” klubunu da çalışdıraraq, onunla da Avropa miqyaslı yarışlarda uğurla çıxış edən braziliyalı mütəxəssisi Xorvatiyada startı verilən qitə birinciliyinin final mərhələsində növbəti sınaq gözləyir. O, indiyə kimi əsas vaxtda uduzmadığı Portuqaliya ilə bugünkü oyunda da həmin nəticənin təkrarlanmağına çalışaraq, bunu qazanmağı uğur sayır: “Bu, onlara Avropa çempionu olmaq üçün növbəti şansdır. Ötən dəfə 2-ci olmuşdular. Finalda İspaniya yığması ilə normal oynadılar, ancaq sonda uduzdular. Portuqaliya ilə 2 dəfə görüşmüşük, ona qarşı oynamaq çətindir. Ancaq bunun üzərində işləyirik. Komandamız ilk oyununda daha çox konsentrasiya olmağa çalışacaq. Yaxşı oyun göstərməyə çalışacağıq. Əlbəttə, biz hər oyuna qələbə üçün çıxırıq. Ancaq Portuqaliya ilə heç-heçə etsək, bu da pis nəticə olmayacaq”.
Reallığı nəzərə alanda isə millimiz Portuqaliya yox, fevralın 3-də Serbiya ilə oyunumuz 14 finala çıxmaq baxımından daha vacibdir. Yəni həmin matçda qələbə bizə bu imkanı yaradacaq: “Mənim qrupda 2 oyunum var və bunun birini mütləq udmağımız lazımdır. O zaman 14 finala çıxa biləcəyik. İlk rəqibimiz Portuqaliyadır. Rəqibin fərqi yoxdur, əsas qələbə qazanmaqdır. Mən düşünmürəm ki, birinə uduzum, digərinə qalib gəlim, yaxud Serbiya ilə heç-heçə edim. Mənə ən azı biri qələbə lazımdır ki, qrupda 2-ci olaraq, mübarizəni davam etdirim. Allahın köməyi ilə Portuqaliyaya qarşı yaxşı oynayıb, nəticə qazansam, sonra Serbiya ilə matçı düşünərik. İndi uduzub, serblərlə oyun haqda fikirləşmirik”.
Braziliyalı çalışdırıcı yığmamızın lideri olan həmyerlisi Biro Jadenin zədə üzündən Avropa çempionatının (AÇ) final mərhələsindən kənarda qalmağına üzülür: “Əlbəttə, onsuz bizə çətindir. Mən bunu müsahibələrimdə dəfələrlə demişəm ki, mənə Biro kimi oyunçu lazımdır. Çünki o, meydanda məşqçi kimidir. Əlinin altında belə oyunçunun olmağı baş məşqçi üçün vacibdir. Ancaq uduzanda deməyəcəyəm ki, bu, Biro olmadığına görə baş verdi. Gərək komandada hamı onun yoxluğunu unutdurmağa çalışsın. Hamımız 20 günlük təlim-məşq toplanışında olduğu kimi, öz işini yaxşı görsün”.
Da Silva 2 il öncə Macarıstanda Avropa çempionatında 4-cü yeri tutan yığmanın indiki komandadan güclü olduğunu etiraf etdi: “İndiki yığmamız həmin komanda kimi güclü deyil. Çünki əvvəl millimizin bazası “Araz” klubu idi, aparıcı oyunçular orada cəmləşmişdi. Hər gün birgə işləyirik. Uzun müddət birgə çalışanda, kollektivi daha yaxşı tanıyırsan. Bu, Avropa çempionatında müsbət nəticəsini verdi. Ancaq indi Biro ilə Serjao yığmadan sonra Ukraynaya, Tyaqu Küveytə gedir. Ancaq onların niyə “Araz” qalmamağı mənə aid məsələ deyil. Görünür, onlar daha yaxşı təkliflər aldılar və fərqli ölkəyə gedib, oynamaq istədilər. Adətən komanda yaxşı çıxış edəndə, oyunçularına yaxşı yerlərdən çoxlu təkliflər gəlir”.
Qeyd edək ki, braziliyalı 2010-cu ildəki AÇ-dən sonra “Araz”a UEFA kubokunun bürünc medalını qazandırdı və braziliyalı oyunçular bundan sonra klubdan getdilər.
Mehman SÜLEYMANOV
ZAQREB

0
0