“Qarabağ” fərdlərdən daha çox kollektiv futbola üstünlük verir”
01.02.2012 - 09:44
“Qarabağ”ı qələbə münasibətiylə təbrik edirəm. Zənnimcə, olduqca maraqlı oyun oldu. Matçın hər 2 tərəf üçün faydalı olduğu qənaətindəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Petrolul Ploeşti” komandasının baş məşqçisi Valeru Raçita deyib.
O, Türkiyənin Antalya şəhərində Ağdamın “Qarabağ” komandası ilə keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Oyun boyu yüksək temp vardı. Qarşılıqlı hücumlar yoxlama oyunu olmasına baxmayaraq görüşə rəng qatdı. “Qarabağ”a gəlincə. Deyərdim ki, olduqca texnikalı komandadır. Topla oynamağı bacaran, kombinasiyalı oynamağa üstünlük verən komandanız var. Daim axtarışda idiniz. “Qarabağ” məndə ancaq xoş hisslər buraxdı. Baxımlı futbolu üstünlük verirdiniz. Bizim də fərqlənmək üçün bir neçə şansımız olsa da “Qarabağ” ən azı 2 epizodda fərqi artırmağa borclu idi. Kimisə fərqləndirməyim düzgün olmazdı. Çünki, fərdlərdən daha çox kollektiv futbola üstünlük verilməsi hiss olunurdu”.
Qeyd edək ki, “Qarabağ”ın bu il Antalyada ilk qələbəsini qazandığı matç 2:0 hesabı ilə başa çatıb.

0
0