Çempion və meydan sahibindən qələbə
01.02.2012 - 10:35
Çempion və meydan sahibindən qələbə
Futzal üzrə Avropa çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A və B qruplarının hərəsində 1 oyun baş tutub. İlk matçlarında meydan sahibi Xorvatiya və son çempion İspaniya qələbə qazanıblar. Hər 2 komanda o qədər də iddialı olmayan rəqibini çətinliklə məğlub edib.

A qrupu
Xorvatiya – Rumıniya – 2:1
B qrupu
İspaniya – Sloveniya – 4:2

Qeyd edək ki, D qrupunda çıxış edən Azərbaycan milli komandası ilk oyununu bu gün Portuqaliyaya qarşı keçirəcək.