“Rəvan”dan Finlandiyaya
01.02.2012 - 11:11
Bakının “Rəvan” klubunun sabiq qapıçısı Artur Kotenko özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 3 ay əvvəl Premyer Liqa təmsilçisindən qovulan Estoniya milli komandasının üzvü karyerasını Finlandiyada davam etdirəcək. Kotenko bu ölkənin “Yaro” klubu ilə anlaşıb.
Qeyd edək ki, Kotenko Azərbaycan çempionatında 4 oyun keçirərək 6 qol buraxıb.
Qeyd edək ki, Kotenko Azərbaycan çempionatında 4 oyun keçirərək 6 qol buraxıb.
0
0