Portuqaliya ilə 8-ci duel: Yığmamız ilk qələbə arzusunda
01.02.2012 - 11:32
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununu Portuqaliyaya qarşı keçirəcək Azərbaycan yığması 8-ci dəfə bu rəqiblə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu gün qarşılaşacağımız Pireney təmsilçisi futzalçılarımız üçün qeyri-münasib rəqibdir. Belə ki. indiyəqədərki 7 qarşılaşmada komandamız qələbəyə həsrət qalıb. İlk 5 oyunda ardıcıl məğlubiyyətləri sıralayan millimiz 2 dəfə darmadağına üzülüb. Lakin Avro-2010-nun seçmə və final mərhələsinə təsadüf edən son 2 görüş heç-heçə başa çatıb. Sonuncu matç 2 il əvvəlki Avropa birinciliyinin yarımfinalına təsadüf etdiyindən finalçının adına penaltilər seriyasında aydınlıq gəlmişdi və sevinən rəqib olmuşdu.
06.11.2002 Portuqaliya – Azərbaycan – 5:0
23.09.2003 Portuqaliya – Azərbaycan – 2:1
24.09.2003 Portuqaliya – Azərbaycan – 4:1
26.09.2006 Portuqaliya – Azərbaycan – 8:1
27.09.2006 Portuqaliya – Azərbaycan – 5:2
19.03.2009 Portuqaliya – Azərbaycan – 3:3
28.01.2010 Portuqaliya – Azərbaycan – 3:3, pen. 5:3

0
0