“Xəzər Lənkəran”ın futbolçusu İspaniya çempionatında
01.02.2012 - 12:09
“Xəzər Lənkəran”ın transferə çıxardığı ispaniyalı futbolçu Mario Rosas karyerasını vətənində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, ölkəmizdəki yarım illik karyerası uğursuz alınan yarımmüdafiəçi “Hueska” ilə ilkin razılıq əldə edib. “Barselona”nın sabiq yarımmüdafiəçisinin keçidi baş tutarsa o, İspaniya çempionatının aşağı dəstəsində oynayacaq.
Qeyd edək ki, bunadək ölkəmizdə oynamış daha bir futbolçu – Rodriqo Silva bu komandaya keçmişdi.
Qeyd edək ki, bunadək ölkəmizdə oynamış daha bir futbolçu – Rodriqo Silva bu komandaya keçmişdi.
0
0