“Azərbaycan futzal yığması məğlubedilməz deyil”
01.02.2012 - 15:07
“Azərbaycan futzal yığması məğlubedilməz deyil”
“Avropa çempionatının final mərhələsində güclü qrupa düşmüşük. Amma hamı bilir ki, biz güclü rəqiblərə qarşı daha yaxşı oynayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Serbiya milli komandasının üzvü Bojan Paviçeviç deyib.

Xorvatiyada keçirilən Avro-2012-nin final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan serbiyalıların 37 yaşlı veteranı yığmamızla fevralın 3-dəki oyun haqda fikirlərini açıqlayıb: “İlk oyunumuz Azərbaycan yığmasına qarşıdır ki, bu komanda da çox güclüdür. Lakin onlar məğlubedilməz deyil. Biz bu matçlara çox yaxşı hazırlaşmışıq. Heç kimə də asanlıqla təslim olmaq niyyətində deyilik”.