Davosda DÇ-2012-nin təbliğatı - FOTOSESSiYA
01.02.2012 - 16:01
Yanvarın 26-da Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil edilən “Azərbaycan – sehrli rənglər diyarı” kampaniyası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR – Azərbaycanın enerjisi” adlı təqdimatı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş nitqi ilə ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev açıb.
Forumda reklam aksiyası vasitəsilə Azərbaycanın iqtisadi və mədəni potensialı haqda geniş məlumat verilib. Əsas tədbirlərin keçirildiyi üç min nəfərlik Konqres Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 ilə bağlı stendlər nümayiş etdirilib.
Mənbə: affa.az

0
0