Haluk Ulusoy qayıdır
01.02.2012 - 16:24
Türkiyə Futbol Federasiyasının (TFF) sabiq prezidenti Haluk Ulusoy ardıcıl 3-cü dəfə bu vəzifəyə gəlməyə hazır olduğunu bildirib. Lent.az-ın məlumatına görə, Ulusoy “Habertürk”ə açıqlamasında qayıdışının klubların istəyindən asılı olduğunu vurğulayıb.
O deyib: “Mən namizədliyimi verməyəcəyəm. Klublar istəsə, gələ bilərəm. Əlimi daşın altına qoymağa hazıram”.
Qeyd edək ki, Halik Ulusoy ilk dəfə TFF prezidenti postuna 1997-ci il noyabrın 4-də gəlib. 2004-cü il iyulun 22-də vəzifəsindən gedən Ulusoy 2006-cı il yanvarın 19-dan 2008-ci il fevralın 14-dək yenidən eyni kürsüdə əyləşib.

0
0