Rizvan Fərzəliyev üçün yubiley
01.02.2012 - 16:38
Bu gün Portuqaliya ilə keçiriləcək qarşılaşma futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rizvan Fərzəliyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü Avro-2012-nin final mərhələsinin ilk oyununda yubiley qeyd edəcək. O, qitə birinciliklərində 20-ci matçına çıxacaq. İndiyədək seçmə və final mərhələlərində üst-üstə 19 dəfə meydana çıxan Rizvan bu qarşılaşmalarda 2 qol vurub.
Qeyd edək ki, Fərzəliyev bu göstərici ilə millinin rekordçusudur.
Vüqar XEYRULLAYEV
Qeyd edək ki, Fərzəliyev bu göstərici ilə millinin rekordçusudur.
Vüqar XEYRULLAYEV
0
0