Tveryankin bu gün Avropada tarix yazacaq
01.02.2012 - 16:47
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Andrey Tveryankin bu gün Avropa rekordçusu olacaq. Apasport.az saytının məlumatına görə, 44 yaşlı qolkiper Avro-2012-nin final mərhələsinin Portuqaliya ilə bugünkü qarşılaşmasında meydana çıxmaqla tarix yazacaq.
Belə ki, Tveryankin 1996-cı ildən keçirilən Avropa çempionatları tarixində final mərhələsində meydana çıxan ən yaşlı oyunçu olacaq. O, bugünkü qarşılaşmaya 44 yaş 332 günlüyündə çıxacaq. 1967-ci il martın 6-da anadan olan qapıçı öz göstəricisini növbəti matçlarda yeniləmək imkanı da əldə edəcək. Onun rekordu isə ən azı növbəti qitə birinciliyinin final mərhələsinə kimi dəyişməz qalacaq. Çünki Avro-2012-nin final mərhələsində ən yaşlı oyunçu məhz Tveryankindir.
Qeyd edək ki. hazırda Avropa rekordu Predraq Brzakoviçə məxsusdur. 2007-ci il noyabrın 17-də Rusiya ilə oyuna çıxan zaman serbiyalı futzalçı 43 yaş 51 günlüyündə idi.
Vüqar XEYRULLAYEV

0
0