“O, AZAL-dan gedə bilməz”
01.02.2012 - 17:03
“O, AZAL-dan gedə bilməz”
“Komandamızın qapıçısı Amil Ağacanovla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. O. AZAL-ın futbolçusudur və heç hara getmir”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.

Klub rəsmisi adı müxtəlif klublarla yanaşı hallanan Amil Ağacanovun paytaxt təmsilçisindən ayrılmadığını bildirib: “Amil komanda ilə məşqlərdə iştirak edir. Hətta o, istəsə belə AZAL-dan getməsi mümkün deyil. Çünki qapıçımız müqavilə ilə klubumuza bağlıdır. Bu üzdən komandanı tərk edə bilməz”.

Qeyd edək ki, Agacanov AZAL-da oynadığı müddətdə Premyer Liqada 16 oyun keçirib və 17 qol buraxıb. Lakin bu əvvəlki mövsümlərə təsadüf edib.