Futbol matçlarında oyunçu əvəzləmələrinin sayı artırıla bilər
01.02.2012 - 18:10
Yaxın vaxtlarda FİFA bir oyunda icazə verilən maksimum əvəzləmə sayını 3 oyunçudan 4-ə çıxara bilər. Lent.az-ın məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) martın 3-də bu məsələyə dair xüsusi görüş keçirəcək. Bu dəyişikliyi etməkdə məqsəd futbolun baxımlılığını daha da yüksəltmək və zədəli futbolçu problemini həll etməkdən ibarətdir.
0
0