“Mənim komandamda indiki kimi legioner yox idi” - MÜSAHİBƏ
01.02.2012 - 21:23
Azərbaycan futzal yığmasının sabiq baş məşqçisi, hazırda orada seleksiyaçı kimi çalışan Hacıbala Abdullayevin apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsi
-Xorvatiyaya yollanan nümayəndə heyətimiz arasında siz də yer almısınız. Milli komandamızın Avropa çempionatının final mərhələsində çıxışından nə gözləyirsiniz?
- İlk növbədə AFFA rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, bu turnirdə mən də seleksiyaçı kimi iştirak edirəm. İkincisi, mən belə proqnoz qoymuşam ki, ilk turda Portuqaliya ilə ən azı heç-heçə edəcəyik. Serbiyanı isə mütləq udmalıyıq.
- Portuqaliya ilə oyuna həddən artıq nikbin proqnoz verməyiniz nədən irəli gəlir? Reallığı nəzərə alsaq, hazırda bu rəqiblə başabaş oynaya bilərikmi?
- Bəli, oynaya bilərik. Birincisi, milli komandamız neçə illərdir çoxlu beynəlxalq turnirlərdə iştirak edir, oyunçularımızın təcrübəsi həddən artıq çoxdur. Onu da demək lazımdır ki, biz keçən Avropa çempionatının final mərhələsində Portuqaliyaya oyun sonrası penaltilər seriyası ilə uduzduq. Bu o deməkdir ki, rəqiblə bərabər səviyyədə oynaya bilərik. Siz ona baxmayın ki, Bakıdakı turnirdə qalib ola bilmədik. Turnir başqa, beynəlxalq oyunlar başqa.
- Ancaq çoxları deyir ki, futzal yığmamız 2 il əvvəlki ilə müqayisədə zəifləyib. Siz bununla razılaşırsınız?
- Bilirsiniz, hər bir yığma komandanı pik formada saxlamaq çox çətindir. Bunun üçün psixoloji cəhətdən işləmək lazımdır. Məşqçi oyunçuların psixologiyasını hərtərəfli bilməlidir. Hazırkı braziliyalı çalışdırıcımız yaxşı məşqçidir, hər şeyi yaxşı bilir. Futzal Federasiyamızın rəhbərlik edən Zaur Axundov gözəl prezident, yaxşı insandır. Mənə elə gəlir ki, oyunçularımızı Bakıda bir az boş buraxsaydılar, yəni futboldan bir az aralansaydılar, daha yaxşı, yəni futbol üçün ac atmosferdə olardılar.
- Sizcə, oyunçularımız daha çox yükləniblər?
- Bəli. Bu üzdən Bakı turnirdə istənilən səviyyədə çıxış etmədilər. Biro Jadenin olmamağı da təsirini göstərir. Mən deyim ki, Biro milli komandamızın 70 faizidir.
- Elə hesab etmirsiniz ki, onsuz final mərhələsində nəticə qazanmaq çətin olacaq?
- Çətin olacaq. Ancaq bu gün Messi oynamasa, deməli, “Barselona” futbol oynamayacaq? Yəni Biro kimi oyunçuları hazırlamaq lazımdır. Allah eləməsin, komanda uduzanda, 5-ci oyunçunu meydana buraxırıq. Belə oyunçuları aylarla, illərlə hazırlamaq lazımdır. Mənə elə gəlir ki, biz qrupdan çıxacağıq. Biz indi deyirik ki, Serbiyanı yüz faiz udmalıyıq, Portuqaliyaya uduzacağıq. Ancaq mən sizə deyim ki, bizə Portuqaliya ilə asan, Serbiya ilə çətin olacaq.
- Bəlkə öz gücümüzü Serbiya ilə matça saxlayaq?
- Yox. Hər oyun final oyunudur. Elə ilk oyunu ud, daha rahat ol. Bilmək olmaz, o biri oyunda nə olacaq. Bunun sarı, qırmızı vərəqəsi, zədəsi var.
- Sizcə, təqvimin belə olmağı xeyrimizədir?
- Əlbəttə.
- Niyə?
- Ona görə ki, əvvəlcə Serbiya, sonra Portuqaliya ilə oynasaydıq, bizə daha çətin olardı. Onda necə olacağını bilmək olmazdı. Portuqaliya əvvəl oynamaq həm də ona görə yaxşıdır ki, biz onunla dəfələrlə üzləşmişik. Bu yığmanın oyun üslubunu yaxşı bilirik.
- Oynamadığımız Serbiya yığması bizim üçün “sirli qutu” ola bilərmi?
- Yox. Azərbaycan yığması Avropada 4-cü yeri elə-belə tutmayıb. Orda hakimlik, digər nüanslar keçmir. Final mərhələsində öz gücünə oynayıb, bu yerə çıxıb.
- Yəni ən azı 2 il öncəki həmin uğuru təkrarlamağımızı düşünürsünüz?
- Mən deyirəm ki, biz qrupdakı 2 oyunun nəticəsinə görə 14 finala keçəcəyik.
- Bəs bundan sonra?
- 14 finalı deyə bilmərəm. Baxır kiminlə düşəcəyik. Mənə elə gəlir ki, İtaliya ilə düşsək, daha yaxşı oynayarıq.
- Millimizin baş məşqçisi kimi Avropa çempionatında iştirak etmisiniz. Sizin vaxtınızda, yoxsa indiki yığma daha güclü idi?
- O vaxtkı yığma güclü idi. Mənim komandamda indiki kimi legioner yox idi. Yadıma gəlir ki, 1998-ci ildə Belçikada oynamışam, 2 heç-heçə ilə gəlmişəm. Macarıstanda, Xorvatiyada, elə burda – Zaqrebdə oynamışam. O vaxt beynəlxalq təcrübəmiz olmadığından, qabağa gedə bilmirdik. Onda indiki AFFA deyildi axı... İndi sağ olsunlar, Rövnəq Abdullayev, Elxan Məmmədov yığmalar üçün şərait yaradıblar. Əvvəl belə şey yox idi. Futzal Federasiyamızı yığmanın dünya çempionatında pley-off mərhələsinə çıxdığına görə təbrik edirəm. Bu, böyük şeydir.
- Yığmamızda 2 illik əvvəlki heyət demək olar qalıb. Siz bir təcrübəli mütəxəssis kimi yerli oyunçuların yetişməməyinin, arxasının gəlməməyinin səbəbini nədə görürsünüz?
- “Neftçi” yeganə komandadır ki, əvəzedici kimi 2-ci komandası var. Burda 15-17 yaşlı oyunçular yer alıb. Mən tövsiyə edərdim ki, hər bir klubun gənclərdən ibarət komandaları olsun. Ona görə davamı gəlmir ki, yerli oyunçuların böyük futbola meylidir. Orda da çoxu özünü göstərə bilmir. 19-20 yaşından sonra “batıb” qalırlar, ardınca gedə bilmirlər, perspektivləri itir.
- Yığmamızda indiki braziliyalılardan nə dərəcədə razısımız?
- Onlar da “doyublar”, milli komandaya yeni qan lazımdır. Bu günə bunlardır.
- Sizcə, yaşlı legionerləri yığmada saxlamaq lazımdır?
- Mən təklif edirəm ki, yığmada yalnız yerli oyunçular çıxış etsin. Heç bir legioner olmadan, yerli oyunçular hazırlamaq lazımdır. Mən belə işləyərdim.
- Legionerlər olmadan, yalnız yerlilərlə həmin nəticəni qazana bilərikmi?
- Mən qazanardım. Birincisi, baş məşqçinin komandanın oyunçularına inam olmalıdır. İkincisi də əgər məşqçi qorxursa, o məşqçi deyil. Bu gün braziliyalılar gəlirsə, mən deyirəm ki, uduram, qalib gəlməliyəm. Qabaqcadan danışırlar. Olsun da braziliyalı, məgər onun 7 başı var? O da 2 ayaqla oynayır. Sadəcə, onlar futbolun gözəlliklərini bilirlər, fikirləşmək qabiliyyəti bizimkilərdən çoxdur. Bizimkilər duruxurlar, futzalda isə saniyənin böyük hökmü var.
- Siz iddialısınız. Belə demək olar ki, yenidən yığmamızı çalışdırmaq ürəyinizdən keçir?
- Mən həmişə buna hazıram. Mən başqa millət deyiləm ki? Azərbaycanlıyam və yığmamıza kömək etməyə həmişə hazıram. Neçə vaxt 21 yaşlıardan ibarət yığmamızda çalışdırdım. 1-2 aya yığılan komanda ilə gedib İspaniyada Andorranı udub gəldik. Mənə bu gün milli komandanı baş məşqçisi olmağı təklif etsələr, məmnuniyyətlə qəbul edərəm. Mənim nəticəm də var. Bununla demirəm ki, indiki braziliyalı baş məşqçimiz zəifdir.
- Bizdə yerli məşqçilərdə əcnəbilərə qarşı qısqanclıq olur...
- Yox, mən elə deyiləm. Joze Alesio Da Silva mənim həmkarımdır, mən onu dəstəkləyirəm. Aramızda yaxşı münasibət var. Hərəmizin öz oyun taktikası var. Mən uduzmağı seçmirəm, heç nədən də qorxmuram.
Mehman SÜLEYMANOV
ZAQREB

0
0