“Xəzər Lənkəran”a ağır zərbə
02.02.2012 - 00:02
Antalya toplanışı çərçivəsində dördüncü yoxlama matçında Rumıniyanın “Vointa Sibiu” klubuna 0:4 hesabı ilə uduzan “Xəzər Lənkəran” çətin vəziyyətlə üzləşib.
Apasport.az saytının xəbərinə görə, “ağ-yaşlıllar” əsas heyətin daim üzvlərindən olan Adrian Pitsin xidmətindən bir müddət yararlanmaya bilər.
Belə ki, rumıniyalı legioner həmyerliləri ilə matçın 36-cı dəqiqəsində dizindən xəsarət alıb. Onun meydana nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Komandanın həkimi bildirib ki, Pitsin zədəsinin ciddi olub-olmaması aparılan müayinədən sonra dəqiqləşəcək.

0
0