Startda darmadağın - YENİLƏNİB
02.02.2012 - 01:33
Startda darmadağın - YENİLƏNİB
Azərbaycan futzal yığması Avropa çempionatının final mərhələsində ilk oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən görüşdə millimiz Portuqaliya ilə qarşılaşıb.

Yığmamızın baş məşqçisi Joze Alesio Da Silva start heyətində qapıçı Andrey Tveryankin (1 nömrə), sahə oyunçuları Serjao (4), Felipe (5), Rizvan Fərzəliyev (8) və Vitali Borisova (14) yer verib. Rəqibdə ilk dəqiqələrdən qapıçı Joao Benedito (1), sahə oyunçuları Pedro Kari (4), Kardinal (7), Rikardinyo (10), Joao Matoş (11) meydanda olub.

Millimizin 12 nəfərlik heyətində, həmçinin ehtiyat qapıçı, kapitan Marat Salyanski (12), İlkin Hacıyev (3), Alveş (6), Rəcəb Fərəczadə (7), Tyaqo (9), Namiq Məmmədkərimov (14) və Jadder Dantas (18) yer alıb. Portuqaliya yığmasında qalan oyunçular qapıçı Andre Souza (14), sahə oyunçuları Paulinyo (2), Rikardo (3), Jozel Queyros (5), Arnaldo Pereyra (6, kapitan), Qonsalo (9) və Marinyodur (13).

“Zaqreb Arena”da baş tutan matçda Portuqaliya millisi inamlı qələbə qazanıb. Yığmamızın qapısından 4 top keçirən portuqaliyalılar cəmi bir dəfə məyus olublar. Millimiz qrupda son oyununu fevralın 2-də Bakı vaxtilə saat 23:30-da Serbiya yığması ilə keçirəcək. Bu oyunda da uduzsaq, qrupda qalmağımız rəsmiləşəcək. Oyun heç-heçə bitsə, yaxud qalib gəlsək, 14 finala vəsiqəyə çıxmağımız üçün fevralın 5-də Portuqaliya - Serbiya oyununun nəticəsini gözləməli olacağıq.

Avropa çempionatının final mərhələsinin oyunu
D qrupu
1 fevral


Portuqaliya - Azərbaycan - 4:1
Hakimlər: İvan Şabanov (Rusiya), Sebastyan Staviçki (Polşa)
Zaqreb. “Zaqreb Arena”

1-ci dəq. Topu oyuna biz daxil edirik.
3-cü dəq. Kardinal qapıçımızın qaytardığı topu tora göndərdi - 1:0.
4-cü dəq. Felipe avtoqola imza atdı - 2:1.
5-ci dəq. Komandamız hesab arasındakı fərqi azaltmaq imkanı qazansa da, rəqib qapıçı zərbəni qaytararaq, qola imkan vermir.
7-ci dəq. Borisovun zərbəsi dirəyin yanından keçir.
7-ci dəq. Rəcəb Fərəczadə çətin vəziyyətdən qol vurdu - 2:1.
9-cu dəq. Marinyo yüz faizli qol imkanını əldən verdi.
11-ci dəq. Qapıçımızın çıxışda kobud səhvi, ancaq bəxtimiz gətirir.
13-cü dəq. Borisov yaxşı qol imkanını əldən verir. Onun dəqiq zərbəsinə rəqib müdaxilə edir.
14-cü dəq. Oyunda ilk texniki fasiləni rəqib baş məşqçi Jorje Qomeş Braz götürür.
15-ci dəq. Qapışımız yenə çıxışda səhv edir, ancaq təhlükə sovuşdu.
16-cı dəq. Serjaonun reydinin qarşısı alınır və hakim qayda pozuntusu qeydə almır. Topu ələ keçirən rəqib əks-hücumda qol imkanından istifadə etmir.
16-cı dəq. Tveryankin bu dəfə yaxşı oynayaraq, zərbəni ayaqları ilə qaytarır.
16-cı dəq. Dantas hesabı bərabərlişdirmək şansımızı qaçırır.
17-ci dəq. Biz topu oyuna daxil edirik və baş məşqçimiz texniki fasilə götürür.
17-ci dəq. Ev tapşırığıçızdan sonra Tyaqunun zərbəsini qapıçı qaytarır.
17-ci dəq. Alveş qapımıza təhlükəli əks-hücunda rəqibi bilərəkdən yıxaraq, texniki fol qazanır və sarı vərəqə alır.
19-cu dəq. Daha bir qol imkanını əldən veririk və əks-hücunda bu dəfə Rəcəb rəqibə kobudluğa görə sarı vərəqə alır.
19-cu dəq. Rəqibin cərimə zərbəsindən sonra top qapımızın yanından keçir.
20-ci dəq. Sonuncu saniyədə Dantasın zərbəsi dirəyin yanından keçir və fasiləyə məğlub durumda yollanırıq.

21-ci dəq. İkinci hissədə topu oyuna rəqib daxil etdi.
22-ci dəq. Rizvan, Vitali və Serajonun qısa müddətdə zərbələri dəqiq alınmır.
23-cü dəq. Felipe zərbəsi əvvəlcə qapıçıya, sonra tirə dəyir.
23-cü dəq. Vitalinin ardıcıl 2 zərbəsi alqışlar qazanır.
24-cü dəq. Tveryankin qola imkan verərək, topu küncə çıxarır.
25-ci dəq. Rəqibin zərbəsi qapının üstündən keçir.
26-cı dəq. Borisov əla şans qazanır. Ancaq topu yaxın məsafədən qapının üstündən vurur.
26-cı dəq. Felipe hiyləgər zərbəsi dirəyin lap yanından keçir.
26-ci dəq. Marinyo topu uzaq küncə dəqiq göndərir - 3:1.
28-ci dəq. Dantasın zərbəsi qapıya düşmür.
29-cu dəq. Rəcəbin qapıya zərbəsinin rəqib alır.
30-cu dəq. Felipenin güclü zərbəsi tirin üstündən keçir.
31-ci dəq. Dantas qapıçı üzbəüz qalsa da, qol vura bilmir.
32-ci dəq. Alveş 5 metrdən təyin olunan cərimə zrəbəsindən sonra topu rəqibin üstünə vurur.
33-cü dəq. Borisovun cərimə zərbəsindən rəqib qapıçı topu tutur.
34-cü dəq. Serjaonun zərbəyə müdaxiləsi qapımızdan daha bir qolun keçməyinə imkan vermir.
34.cü dəq. Oyunda 3-cü vərəqəni də biz alırıq. Bu dəfə Serjao kpbudluq edir.
36-cı dəq. Rəqibin yaxın məsafədən topa zərbəsi boşa çıxır və Vitali təhlükəni sovuşdurur.
36-cı dəq. Tveryankin zərbəni küncə çıxarır. O, növbəti epizodda irəli çıxaraq, topu qaytarır.
38-ci dəq. Ancaq bu dəfə Andreyin çıxışı bizə kömək olmur. Rikardinyonun gözəl aşırma zərbəsi dəqiq alır - 4:1.
38-ci dəq. Qoldan sonra fasilə götürən Da Dilva 5-ci sahə oyunçusunu - Alveşi qapıçı geyimində meydana buraxır. Əla imkan qaznırıq. Ancaq Tyaqu topu boş qapıya dəqiq göndərə bilmir.
40-cı dəq. Sonuncu qol imkanı Borisovda oldu. Ancaq zərbə yenə dirəyindən yanından keçdi və turnirə məğlubiyyətlə başladıq

Mehman SÜLEYMANOV
ZAQREB