“Neftçi” III yeri tuta biləcəkmi?
03.02.2012 - 00:45
Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibləri bəlli olacaq. Apasport.az saytının xəbərinə görə, mübarizə apardığı qrupda ikinci yeri tutmuş "Neftçi" üçüncü yer uğrunda oyuna çıxacaq. Komandamızın rəqibi digər qrupun ikincisi olan Rusiyanın "Terek" komandası olacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
0
0