Meydan al qana boyandı, 74 nəfər öldü
02.02.2012 - 01:32
Meydan al qana boyandı, 74 nəfər öldü
Misir çempionatında keçirilən “Əl Məsri” – “Əl Əhli” matçı faciə ilə başa çatıb. Apasport.az saytının xəbərinə görə, görüşdən sonra azarkeşlərin meydançaya daxil olması nəticəsində yaranan qarşıdurmada 74 nəfər ölüb, 1000-dən artıq insan isə yaralanıb.

Bir qrup azarkeş stadionu yandırıb, başqa bir qrup azarkeş isə stadiondan çöldə hökumət əleyhinə aksiyaya başlayıb.

Ölənlər arasında futbolçuların olub-olmadığı bilinmir.