40 dəqiqəyə 30 zərbə – STATİSTİKA
02.02.2012 - 11:05
Futzal üzrə Avro-2012-nin final mərhələsinin ilk turunda Portuqaliyaya məğlub olan yığmamız rəqibindən zıəif olmayıb. Apasport.az-ın xəbərinə görə, oyunun statistik göstəricilərini açıqlayan UEFA-nın rəsmi saytı millimizin qapı istiqamətində daha çox zərbə vurduğunu göstərib. 40 dəqiqə ərzində 30 dəfə rəqib qapısını nişan alan yığmamız cəmi 10 dəfə çərçivəyə düşə bilib. Bunun da yalnız 10 faizi qolla nəticələnib. Portuqaliyalılar isə daha az – 29 zərbə vursa da həm dəqiqlik, həm də qarşısıalınmazlıqda öndə olub.
| Portuqaliya | Azərbaycan | |
|---|---|---|
| 4 | Qollar | 1 |
| 16 | Çərçivəyə zərbələr | 10 |
| 13 | Qeyri-dəqiq zərbələr | 20 |
| 29 | Ümumi zərbələr | 30 |
| 11 | Künc zərbələri | 7 |
| 4 | Qayda pozuntuları | 7 |
| 0 | Sarı vərəqələr | 3 |
| 0 | Qırmızı vərəqələr | 0 |
0
0