Jorje Braş: Nə baş verdiyini anlaya bilmədim
02.02.2012 - 11:14
“Birinici hissəyə nisbətən, fasilədən sonra daha yaxşı oynadıq. Nə baş verdiyini anlaya bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Jorje Braş deyib.
O, futzal üzrə Avropa çempionatında keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra (4:1) matç haqda fikirlərini açıqlayıb: “Amma birinci hissədə son dərəcə pis təsir bağışladıq. Azərbaycan millisi yaxşı komandadır və bizi xeyli çətinlik çəkməyə məcbur etdi. Amma sevinirəm ki, ikinci hissədə yaxşı oynayaraq, uğurlu nəticə qazandıq”.

0
0