Alveş: Azərbaycan yığmasını bunun sayəsində məğlub etdik
02.02.2012 - 12:03
Alveş: Azərbaycan yığmasını bunun sayəsində məğlub etdik
“Biz möhtəşəm Azərbaycan yığmasının oyununu yaxşı təhlil etmişdik. Ev tapşırığını çox gözəl yerinə yetirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının futzalçısı Qonzalı Alveş deyib.

O, futzal üzrə Avropa çempionatında keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra (4:1) matç haqda fikirlərini açıqlayıb: “Məhz bunun sayəsində 3 top fərqli qələbə qazana bildik. Biz uğursuzluğa düçar olmaqdan qorxmasaq Avropanın böyük komandası olacağıq”.