“Azərbaycan üzərində qələbəni Nelsona həsr edirik”
02.02.2012 - 12:20
“Azərbaycan üzərində qələbəni Nelson Evoraya həsr edirik. Atletika üzrə Pekin Olimpiadasının çempionunun problem yaşamasına biganə qala bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının futzalçısı Rikardinyo deyib.
O, futzal üzrə Avropa çempionatında keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra (4:1) matç haqda fikirlərini açıqlayıb: “Nelson dahi idmançıdır. Ona görə çox üzülürük. Bu gün biz çox yaxşı oynadıq. Qrupdan 1-ci yerin sahibi kimi çıxmaq istəyirik”.
Qeyd edək ki, Pekin-2008-də Portuqaliyanın yeganə qızıl medalını qazanan Nelson buna 3 təkanla 17,67 metr məsafəyə tullanmaqla nail olmuşdu. Amma 28 yaşlı atlet ciddi zədə aldığı üçün London-2012-də iştirak edə bilməyəcək.

0
0