“Qarabağ” Antalya hazırlığını başa vurur
02.02.2012 - 15:07
“Qarabağ” Antalyada hazırlığını yekunlaşdırır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yanvarın 31-də Rumıniyanın “Petrolul Ploiesti”sini 2:0 məğlub etdikdən sonra komandanın baş məşqçisi Qurban Qurbanovun futbolçulara verdiyi istirahət başa çatıb.
Bu gün Ağdam təmsilçisi 2 məşqlə təlim-məşq toplanışının məşq proqramını tamamlayacaq. Belə ki, axşam 18:00-da baş tutacaq məşq Antalyada sonuncu olacaq. Çünki, sabah sonuncu hazırlıq matçı ilə hazırlıq prosesi başa çatacaq.
Komanda Bakı vaxtı ilə 17:00-da Gürcüstanın “VİT-Corciya” klubu ilə qarşılaşacaq. Artıq düşərgəyə baxışa gələn legionerlər geri göndərilərkən İstanbulda müalicə olunan Əfran İsmayılov geri dönərək məşqə çıxıb.
Qeyd edək ki, “Qarabağ” fevralın 4-də Bakıya qayıdacaq.

0
0