Penalti şou - YENİLƏNİB
03.02.2012 - 14:55
Penalti şou - YENİLƏNİB
“Xəzər Lənkəran” Antalya toplanışını çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin 5-ci yoldaşlıq görüşündə rəqibi Rusiyanın “Şinnik” klubu olub.

Türkiyədə hazırlıqlarına ardıcıl 3 qələbə ilə başlayan Cüneyt Biçərin yetirmələri ötən matçda odluğu kimi, yenə meydanı məğlub tərk ediblər. Bakı vaxtı ilə saat 13:00-da başlayan oyunda “Xəzər Lənkəran” 1:3 hesabna üzülüb. Lənkəranlıların yeganə qolunu matçın sonlarında Branimir Subaşiç vurub. Onun penaltidən fərqlənməsi, böyük hesablı məğlubiyyətə imkan verməyib.

Ümumiyyətlə, 4 penaltinin təyin olunduğu matçda rusiyalılar 3, cənublular 1 belə imkan əldə edib. Bu 4 penaltinin 1-də - yaroslavllılar qeyri-dəqiq olublar.


“Xəzər Lənkəran” - “Şinnik” - 1:3
Qollar: Subaşiç, 88 - Nizamuddinov, 3 (pen); Dudçenko, 45 (pen); Valikayev, 69
“Xəzər Lənkəran”: Kamran Ağayev (Kamal Bayramov), Eder Bonfim, Elvin Beciri, Elnur Allahverdiyev, Alim Qurbanov, Andrey Mureşan, Rahid Əmirquliyev, Elnur Abdullayev (Salif Ballo), Tounkara Sadio, Antonio Semedo, Branimir Subaşiç.

Oyun başlandı.
3-cü dəq. “Şinnik” penaltidən hesabı açdı. Qolu Lənkəran təmsilçisinin qapısından Nizamuddinov keçirdi
14-cü dəq. Künc zərbəsindən sonra Subaşiçin başla zərbəsi az fərqlə qapının üstündən keçdi.
18-ci dəq. Subaşiçin fərqlənməsində yenə azacıq dəqiqlik çatmadı.
42-ci dəq. Becirinin cərimə zərbəsindən vurduğu topu qapıçı qaytardı. Amma Mureşan önünə düşən topu 3 metrdən tora sala bilmədi.
45-ci dəq. “Şinnik” “Xəzər Lənkəran”ın qapısından 2-ci qolu keçirdi. Rəqib yenə penaltidən fərqləndi. Bu dəfə Dudçenko dəqiq zərbə vurdu.
Birinci hissə başa çatdı.

46-cı dəq. İkinci yarı başlayan kimi “Şinnik” sağ cinahdan hücuma keçdi. Zərbədən sonra top qapı dirəyinə dəydi.
69-cu dəq. Ruslar fərqi artırdılar. Artur Valikayevin dəqiq zərbəsindən sonra hesab 3:0 oldu.
75-ci dəq. Hakim “Xəzər Lənkəran”ın qapısına 3-cü penaltını təyin etdi. Lakin rəqibin heyətində Yadçenko bundan yararlana bilmədi. Onun vurduğu top qapıdan aralı keçdi.
88-ci dəq. Növbəti penalti. Lakin bu dəfə 11 metrlik cərimə zərbəsi “Şinnik”in qapısına təyin edildi. Subaşiç əla zərbə ilə hesab arasındakı fərqi azaltdı.

Matç başa çatdı

Qeyd edək ki, Cüneyt Biçərin komandası hazırlıq dönəmində keçirdiyi ilk 4 matçdan 3-nü qələbə ilə başa vurub. “Ağ-yaşıllar” Türkmənistan millisini 3:1, “Volfsburq II” (Almaniya) və “Atırau” (Qazaxıstan) klublarını isə 2:1 hesabı ilə məğlub ediblər. Lənkəran təmsilçisi yalnız Rumıniyanın “Vointa Sibiu” klubu ilə dueldə qalib gələ bilməyib – 0:4.