Joze Alesio Da Silva: Serbiya ilə oyunda ilk qolu biz vursaq, qalib gələcəyik
03.02.2012 - 10:10
“Portuqaliya yığması ilə oyunun videoyazısını matçın səhəri izlədik. Hansı səhvləri buraxdığımızı, özümüzü daha yaxşı göstərə bilməməyin səbəblərini müəyyənləşdirdik. Hazırda komandada atmosfer yaxşıdır. Hamı Serbiya ilə matça konsentrasiya olunub”. Apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib. Xorvatiyada keçirilən Avropa çempionatının final mərhələsində iştirak edən millimiz ilk oyunda Portuqaliya yığmasına 1:4 hesabı ilə uduzub. Bu gün Bakı vaxtilə saat 23:30-da qrupda son matçına çıxacaq komandamız Serbiya yığması ilə görüşəcək. Da Silva bu matça axırıncı məşq bitəndən sonra Xorvatiyaya ezam olunmuş azərbaycanlı jurnalistlər üçün brifinq keçirdi. Apasport.az-ın müxbirinin də suallarını cavablandıran braziliyalı mütəxəssis nikbinliyini ifadə edərək, qalib gəlməyin yolları haqda danışdı.
Turnirin 14 finalına çıxmağımız üçün mütləq qalib gəlməliyik ki, braziliyalı mütəxəssis yetirmələrini buna kökləyir: “Bizim üçün yalnız bir nəticə maraqlıdır – qələbə. Digər nəticə haqda düşünmürük. Serbiya ilə oyunun əhəmiyyəti böyük olduğundan, son məşqdə yetirmələrimi çox yükləmədim, ikitərəfli oyun keçirdik. İndi daha çox istirahət edib, özlərini qoruyub, sabahkı oyuna hazırlaşmaları lazımdır. Oyunun səhəri də yetirmələrinin diqqətinə çatdırdım ki, biz qol imkanlarından az yararlanırıq. Bu problem komandamızın çıxışına təsir göstərir. Portuqaliya yığmasına qarşı normal oynadıq, ancaq çox qol vura bilmədik. Qol imkanlarımız olur və bundan istifadə etmək lazımdır. Bu zaman oyun başqa cür olacaq”.
Çalışdırıcımızın sözlərinə görə, qol vurmayanda, daha çox risk etməli olursan: “Portuqaliya ilə oyunda hesabı bərabərləşdirməyə çalışdıq, ancaq hesab 1:3, 1:4 oldu. Hesabda geri düşəndə, taktikanı dəyişməli olursan. Bu isə daha çox riskdir və nəticədə 4 qol buraxdıq. Hesabda irəlidə olanda, daha sakit oynayırsan, daha konsentrasiyalı olursan. Uduzanda isə oynamaq çətin olur. Çünki komandaya nəticə lazım olduğundan, risk etməli olursan”.
Deməli, millimizə Serbiya ilə matçda qələbə çox lazım olduğundan, ilk dəqiqələrdən hücuma keçəcəyik: “Əslində biz həmişə hücuma böyük diqqət yetiririk. Erkən qol vurub-vurmayacağımızı heç kim indidən deyə bilməz. Ancaq bunun üzərində işləyirik və dərhal qol vurmağa çalışacağıq. Əlbəttə, bizə erkən qol lazımdır. Oyunda yüz faiz daha çox hücumda olub, pressinq edəcəyik. Mən düşünürəm ki, biz ilk qol vursaq, udacağıq. Allah eləsin ki, belə olsun”.
Braziliyalının sözlərinə görə, komandamızda nəticə qazanmalı olduğuna görə psixoloji təzyiq yoxdur: “Əlbəttə, bizə ilk növbədə qələbə lazımdır və buna nail olmaq üçün oynayacağıq. Ancaq Serbiya da qələbə haqda düşünür. Onlar üçün da matç final oyunu xarakteri daşıyır. Çünki onlara da Portuqaliya ilə oyunda nəticə qazanmaq çətin olacaq. Portuqaliya 14 finalda Rusiya yığmasına düşmək istəmədiyindən, qrup lideri olmaq fikrindədir. Ona görə də Serbiya ilə oyunda da qalib gəlməyə çalışacaqlar ki, İtaliya ilə düşsünlər. Hamı bunu bilir ki, indi Rusiya İtaliyadan bir az güclüdür”.
Rəqibi dəyərləndirən Da Silva Serbiya yığması həmişə yaxşı komanda olduğunu bildirib: “Əksər vaxt Avropa çempionatının final mərhələsində oynayır. Bu üzdən təcrübəli komandadır. Biz gərək Portuqaliya ilə matçdakı kimi oynayacaq. Yəni uduzsaq da, oyun baxımından yaxşı təsir bağışladıq. Elə oynasaq, daha konsentrasiyalı olsaq, qol imkanlarından çox istifadə etsək, yüz faiz qalib gələcəyik”.
Millimiz “Zaqreb Arena”da 2-ci dəfə oynayacağı halda, serblər bunu ilk dəfə edəcəklər. Baş məşqçimiz bunun bizim üçün üstünlük olacağı ilə razılaşdı: “Artıq zala uyğunlaşmışıq. Sizə deyim ki, zal keçən Avropa çempionatından fərqlənir. Qazon bir az sürüşkəndir. Serjao, Jadder, Felipe dedi ki, topu saxlamaq çətindir, çünki örtük sürüşkən olduğundan, ayaqdan çıxır. Ancaq bütün komandalar, o cümlədən Serbiya həmin zalda məşq edib. Bizim üstünlüyümüz ondadır ki, artıq həmin zalda oynamışıq, Serbiya ilk dəfə bunu edəcək. İlk oyun isə həmişə çətin olur, həyəcan olur. Əlbəttə, rəqib oynamadığından, yüklənməmiş olacaq. Bu da onların işinə yarayır”.
Serbiya yığmasının oyunu daha çox əks-hücumlarda qurub, bizə qol vurmağa çalışacağı gözlənilir ki, braziliyalı çalışdırıcımız bunu istisna etmədi: “Ola bilər ki, rəqibimiz siz deyən kimi belə oynadı. Bizimlə oyuna belə taktika qura bilərlər. Mən onların oyunu olan diskə baxmışam. Meydanda daha çox pressinq edirlər. Ancaq hansı taktikaya üstünlük verəcəyini indi yox, yalnız oyunda görüb, biləcəyik. Bizim rəqib taktikasına hazır olacağıq”.
Mehman SÜLEYMANOV
ZAQREB

0
0