“Həmin an özüm yığmadan gedərəm”
03.02.2012 - 10:44
Azərbaycan futzal yığmasının milliləşdirilən rusiyalı qapıçısı Andrey Tveryankinin apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsi
- Portuqaliya yığmasına 1:4 hesablı məğlubiyyətdən sonra əhval-ruhiyyəniz necədir?
- Əlbəttə, nəticə ilə bağlı narazılıq var. Çünki Portuqaliya bizə qalib gəlmədi, oyunu biz özümüz uduzduq. Hər halda, hesab 4:1 olmamalı idi. Biz 1 top fərqi ilə uduza bilərdik. Ancaq hesabın özü xoşagəlməzdir. Çünki oyunda görə Portuqaliyadan pis təsir bağışlamadıq. Ancaq oyunda ən başlıcası nəticədir. Gözəl oynamaq, ancaq sonda uduzmaq olar. Yaxud bunun əksi ola bilər.
- Siz hesabın belə olmağı ilə razılaşmırsınız. Elə isə hesabın bu cür olmağın əsas səbəbini nədə görürsünüz?
- Yəqin ki, mən qapıda elə də yaxşı oynamadım və komanda yoldaşlarım qol imkanlarından istifadə etmədi. Bunlar yığılıb, nəticəyə təsir göstərdi. Portuqaliya yığması ilə qol imkanlarını reallaşdırdı, müdafiədə hücumlarımızın qarşısını aldı.
- Siz səhvlərinizin olduğunu etiraf etməklə, özünüzə qarşı tənqidi olduğunuzu göstərdiniz. Bu, yaxşı haldır. Təcrübəniz böyük olduğu halda, həmin gün zəif təsir bağışlamağınızı, xüsusilə çıxışda yıxılmağınızı nə ilə izah edərdiniz? Örtük belə sürüşkən idi?
- Mənim üçün top çox sürüşkən idi. O, ümumiyyətlə, əlimdə qalmırdı. Yəqin ki, əsəbi vəziyyət, oyunun məsuliyyəti öz sözünü dedi. Çünki artıq ilk oyunda 14 finala vəsiqəni qazana bilərdik. Çünki 3 komandanın olduğu qrupda 1 qələbə praktiki olaraq dərhal qrupdan çıxmaq deməkdir.
- Bəlkə yaşınızın çox olmağı, yükləmələr nəticəsində yorğunluq təsirini göstərir?
- Yox. Deməzdim ki, mən yorulmuşam. Yaxşı vəziyyətdəyəm. Dediyiniz amil qətiyyən sözünü demir. Burada daha çox mənəvi təzyiq var, nəinki fiziki.
- Baş məşqçiniz Joze Alesio Da Silva Portuqaliya ilə oyundan sonra mətbuat konfransında bildirdi ki, artıq 45 yaşınız olduğundan, sizə çətindir. Sadəcə, alternativiniz olmadığından, yenə sizə güvənməli olur...
- Bu, baş məşqçinin fikridir. Mən özümə, o, mənə görə danışır. Mən deyirəm ki, özümü normal, hazırlıqlı hiss edirəm. Rəqabət apararaq, qalib gələn qapıçı olacaq, qoy gəlsin, problem yoxdur.
- Adətən qapıçı yaxşı çıxış edəndə, oyunçular da inamlı təsir bağışlayır. Bəlkə sizin inamsız çıxışınız komandaya mənfi təsir göstərdi?
- Ola bilər. Azərbaycan yığmasında mənim mövqeyim elədir ki, əvvəlkindən bir az daha yaxşı oynamalıyam. Onda mənim işim yaxşı kimi qiymətləndiriləcək. Əgər öz səviyyəmdə oynayıramsa, bu, azdır. Fikrimcə, komandamızda hər bir oyunçu Avropa çempionatında öz səviyyəsində oynayacaqsa, heç nəyə nail olmayacaq. Gərək hər bir matçda adi oyundakından daha yaxşı çıxış edəsən. Axı bu, Avropa çempionatının final mərhələsidir.
- Siz Portuqaliya ilə oyunda Avropa çempionatında tarix yazdığınız. Belə ki, turnirin final mərhələsində çıxış edən ən yaşlı qapıçı oldunuz. Bu, sizin üçün nə deməkdir?
- Bu, statistika üçün maraqlı ola bilər, vəssalam. Mən yaşıma fikir vermirəm, nə qədər gücüm var, oynayıram. Açığı, yaşımla bağlı sualları sevmirəm. Qoy 20 yaşlı qapıçı gəlsin, məndən güclü olduğunu göstərsin. Bu, problem deyil. Məsələ pasportda deyil. İnsanlar yaşdan, pasportunun rəngindən asılı olmayaraq, çıxış oynayırlar. Fərqi yoxdur pasportu qırmızı, yaşıldır, yaşı 20, 40, yoxsa 100-dür. Çox perspektivli oyunçular var ki, onlar hazırda yığmada olanlardan zəif çıxış edirlər. Onlar güclü olduqlarını gərək sübut etsinlər ki, yığmaya cəlb edilsinlər. Yoxsa yalnız danışmaqla buna nail ola bilməzsən. Gərək meydana çıxıb, həmkarından güclü olduğunu göstərəsən. Mən yaşımla bağlı suallara görə incimirəm. Bu, artıq 10 ilin ərzində baş verir. Mənə deyirlər, bəsdir, daha getmək vaxtdır. Mən də deyirəm ki, problem yoxdur, qoy, mənim layiqli əvəzləyicim gəlsin. Mən özüm görüm ki, o, məndən güclüdür. Həmin anda mən özüm yığmadan gedərəm. Mənə oynamağa imkan yaradarlar, yetərincə oynayıram. Bu, ara-sıra yox, mütəmadi oyunlar olur.
- Serbiya yığması ilə həlledici oyuna çıxacaqsan. Biz vacib olan qələbəni necə qazanmaq olar?
- Fikrimcə, biz Portuqaliyaya qarşı kimi oynasaq, Serbiyaya qalib gələcəyik. Şəxsi fikrim belədir ki, məsələ psixologiyadadır, bizim komanda əhval-ruhiyyəyə görə oynayır. Oyunçular yaxşı əhval-ruhiyyədə, vəziyyətdə olacaqlar, meydana ürəkli çıxacaqlarsa, biz Serbiyanın yenib, qrupdan çıxacağıq. Onda kim bizə düşəcək, bu, artıq başqa məsələdir. Əgər özümüz özümüzə əzab verəcəyiksə, Serbiyaya bizə qalib gələcəyə kömək edəcəyiksə, onda bizdə heç nə alınmayacaq.
- Qrupdan 2-ci yerlə çıxsaq, çox güman, Rusiya yığmasına düşəcəyik. Həmyerlilərinizə qarşı oynamaq istərdiniz?
- Bu, aktual deyil. Ancaq belə deyim ki, Rusiyaya qarşı çox maraqlı oyun olacaq. Mən məmnuniyyətlə oynamaq istərdim. Onu deyə bilərəm ki, əgər biz qrupdan çıxıb, ruslara düşməsək, məyus olmayacağam. Bizim üçün əsas qrupdan çıxmaqdır.
- Serbiya yığmasının oyununu görmüsünüzmü?
- Yox. Onlar ötən Avropa çempionatının final mərhələsində Rusiya yığmasına qalib gəlib. Eyni ilə bizdə baş verənlər oldu. Məzmunsuz oyun oldu, reallıqda Rusiya Serbiyadan qat-qata güclüdür. Ancaq həmin gün serblər onlara qalib gəldi. Bu, futbolda ən vacibdir. Bizim oyunda kim qalib gələcəksə, deməli, o güclüdür. Sonradan danışmaq ki, kimdə oyunçular daha güclüdür, kimdə hansı cəhət daha yaxşıdır, bu, faydasız olacaq.
- Bir sözlə, Serbiyaya qalib gəlmək şansımız böyükdür və bundan maksimum istifadə etməliyik...
- Bəli, bizim qrupdan 2-ci yerlə çıxmağa yaxşı şansımız var. Fikrimcə, bu, qrupumuzda yerlərin real bölgüsü idi. Yəni Portuqaliya 1-ci, biz 2-ci, Serbiya 3-cü. Komandamız həmin yeri tutub, qrupdan çıxmalıdır. Biz hadisələrin daha yaxşı axarı nəticəsində hətta 1-ci yerlə çıxa bilərdik. Ancaq bu, bizdə alınmadı və qazandığımız yaxşı adı qorumalıyıq. Hər halda, biz Avropada 4-cü yerə gəlib çıxa bilmişik. Ona görə də bu adı qoruyub saxlamaq onu ilk dəfə qazanmaqdan daha çətindir. İndi qrup səddini aşıb, ötən Avropa çempionatında uğurumuzun təsadüfi olmadığını sübut etməliyik.
- Avropada 4-cü, bunu təkrarlamalı olmağımız oyunçular wzərində psixoloji təzyiq yaradırmı?
- Yox. Fikrimcə, heç kim 4-cü olduğumuza görə bu il mütləq minimum həmin pillədə olmağımızı düşünür. Oyunçular bilir ki, bu gün qalib gəlib, növbəti mərhələyə çıxmaq lazımdır. Sonradan 4-cü, yoxsa 8-ci olacağımızı Avropa çempionatının yekunu göstərəcək. Onda komandamızın çıxışı qiymətləndiriləcək. İndi qarşımızda bir vəzifə var – qrupdan çıxmaq. Bundan sonra növbəti məqsədə baxacağıq. Əgər qrupdan çıxmayacağıqsa, onda niyə kimin bizə düşəcəyinə ehtimal edək? Bu, kobud desək, olmayan şey haqda danışmaqdır.
Mehman SÜLEYMANOV
ZAQREB

0
0